waplog

“Cisco” Çin hakimiyyəti üçün casus vasitələrinin yaradılmasında günahlandırılır


Bir qrup ABŞ və Çin vətəndaşı “Cisco Systems” şəbəkə avadanlığı istehsalçısını Çin hökuməti ilə fəaliyyəti qadağan olunan “Falunqun” dini-siyasi təşkilatına nəzarət və üzvlərinin aşkarlanması məqsədilə məxfi işbirliyində təqsirləndirib. İddiada “Cisco” insan hüquqlarının pozulmasında və şəbəkə aparat təminatı bazarında öz texnologiyalarından sui-istifadədə günahlandırılır.

İddiada deyilir ki, “Cisco”nun San-Hose şəhərində yerləşən mənzil-qərargahında kəşfiyyat məlumatlarının toplanması üçün həllər və “Qızıl qalxan” kimi tanınan təhlükəsizlik texnologiyası hazırlanıb və sınaqdan keçirilib. Şirkətə qarşı qaldırılan iddia dünən San-Hose şəhər Federal Məhkəməsinə təqdim edilib.


İddiada həmçinin qeyd olunur ki, nəhəng şəbəkə istehsalçısı Çinin partiya hakimiyyəti ilə 2011-ci ildən əməkdaşlıq edib və bu əməkdaşlıq sayəsində “Falunqun”davamçılarının bir neçəsi həbs olunub.  
“Cisco”nun mətbuat xidmətindən bildirilib ki, iddia əsassız və sübutsuz hesab edilir, - “Cybersecurity - www.cybersecurity.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL