waplog

“Nintendo” şirkətinin banisi vəfat edib



Yaponiyada 85 yaşında "Nintendo" şirkətinin keçmiş prezidenti Hirosi Yamauti dünyasını dəyişib. Onun xidmətləri sayəsində şirkət kiçik oyun kartları istehsalçısından dünya video oyunlar bazarının liderinə çevrilib.

"Nintendo"nun məlumatında deyildiyinə görə, keçmiş prezident xəstəxanada pnevmoniyadan vəfat edib.
"Nintendo"nun 3-cü prezidenti olan H.Yamauti şirkətə 53 il - 1949-cu ildən 2002-ci ilədək rəhbərlik edib. Bu müddət ərzində o, oyun və kolleksiya kartları ilə ticarət edən şirkəti dünyanın məşhur brendli video oyunlar şirkətinə çevirməyə müvəffəq olub.  

7 noyabr 1927-ci ildə anadan olan H.Yamauti 1949-cu ildə - hələ universiteti bitirməmişdən əvvəl "Nintendo"ya başçılıq etməyə başlayıb. Oyun kartları bazarının tənəzzülünə getdiyini anlayan H.Yamauti şirkətin elektron formalı əyləncə növləri ilə məşğul olması qərarına gəlib.

"Nintendo" 1980-ci ildə dünyada məşhurlaşmağa başlayıb. Belə ki, istedadlı dizayner Siqeru Miyamotonun köməyi ilə şirkət "Mario", "Donkey Kong", "The Legend of Zelda" və "Star Fox" kimi məşhur oyunlar buraxıb. 1983-cü ildə "Nintendo" "Family Computer", 1985-ci ildə əfsanəvi "NES" oyunlarını buraxaraq şirkətin oyun sənayesinin liderinə çevrilməsinə öz töhfəsini verib.
 
H.Yamauti "Nintendo"dakı prezident vəzifəsini 2002-ci ildə tərk edərək şirkətin Direktorlar Şurasında öz yerini qoruyub. Lakin 2005-ci ildə o, şirkətin idarəetmə işlərindən birdəfəlik uzaqlaşıb, - "Vesti - www.vesti.ru" yazır.    
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL