waplog

4 elektron xidmət yaradılacaq


Səfərbərlik və hərbi xidmətə çağırış sistemində əlavə elektron xidmətlər yaradılacaq. Bu barədə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
 
Xidmətdən bildirilib ki, vətəndaşların işlərini asanlaşdırmaq üçün 4 yeni elektron xidmətin tətbiqi planlaşdırılır. Hazırda yeni elektron xidmətlərin tətbiqi prosesi üzərində işlər aparılır. Sistem hazır olduqdan sonra hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılacaq.
 
Məlumat üçün bildirək ki, sadalananlardan savayı, vətəndaşlar itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi, həmçinin arxiv arayışlarının alınması üçün SHÇDX-yə birbaşa təmasda olmadan, elektron müraciət edə biləcəklər.
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL