waplog

“Panasonic” şirkəti tibb bölməsini satır



Yaponiyanın “Panasonic” şirkəti səhiyyə üçün həllərin istehsalı üzrə ixtisaslaşan “Panasonic Healthcare” bölməsini “KKR&Co” fonduna 1,5 milyard dollara satır. Məlumata əsasən, Yaponiyanın elektronika nəhəngi ABŞ-ın özəl şirkətinə “Panasonic Healthcare” bölməsinin 80 faizini sataraq özündə 20 faizini saxlayır.

“Panasonic Healthcare” bölməsi tibbi monitorinq üçün sistemlərin istehsalı ilə məşğul olur. Bundan başqa, bölmə tibbi cihazlar, xüsusilə stomatoloji avadanlıq dəstləri, cərrahiyyə bıçaqları və s. istehsal edir.   

ABŞ-ın “KKR&Co” şirkəti üçün bu alış Yaponiyada iri alış hesab edilir. “Panasonic”ə gəldikdə, bu, istehsalçı üçün tibbi avadanlıq bölməsinin satılması əsas fəaliyyət nəticəsində yaranan itkilərlə mübarizə üzrə planın həyata keçirilməsində atılan addımdır, - "Cybersecurity www.cybersecurity.ru” yazır.    




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL