waplog

“LG Display” şirkəti “Apple” sifarişlərinin bir hissəsini itirib


“LG Display” (LGD) şirkəti “iPad 2” üçün 9,7 düym panellərin tədarükünə olan sifarişlərin bir hissəsini itirib, “DigiTimes” portal bu barədə məlumat yayıb. Nəşr iddia edib ki, “Apple” şirkəti bu sifarişləri “Samsung Electronics” və “Chimei İnnolux” (CMİ) şirkətlərinə həvalə edib. “Apple” şirkəti “LG” displeylərindən aşağı keyfiyyətə görə imtina edib.
Qeyd edilib ki, iyul ayında “LG Display” şirkəti “Apple” planşetləri üçün əvvəlcə nəzərdə tutulduğundan 1 milyon panel az tədarük edib. Mənbənin fikrincə, bu, “LG Display” şirkətinin rüblük nəticələrinə neqativ təsir edəcək.
Məlumdur ki, “LG Display” “iPad 2” planşetləri üçün əsas panel təchizatçısıdır. Güman edilirdi ki, 2011-ci ilin üçüncü rübündə Cənubi Koreya istehsalçısı “Apple” üçün öz tədarükünü ay ərzində 4 milyon panelə qədər artıracaq. Lakin “LGD” məhsulunun keyfiyyəti ilə bağlı problemlər “Apple” şirkətini sifariş həcminin genişlənməsi üzrə planlarını təkrar gözdən keçirməyə, “Samsung” və “CMİ” şirkətlərinə müraciət etməyə vadar edib. Nəşrdə qeyd edilib ki, “iPad 2” üçün 9,7 düym panellərinin keyfiyyətinə narazılıqlar ona görə yaranıb ki, onlar zərbəyə davamlılıq sınağından keçməyiblər.


www.dailycomm.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL