waplog

Beynəlxalq Telekommunikasiya İttifaqı “İnformasiya Cəmiyyətinin ölçülməsi - 2013” hesabatını oktyabrın 7-də təqdim edəcək


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) “İnformasiya Cəmiyyətinin Ölçülməsi - 2013” (“Measuring the Information Society - 2013”; MİS-2013) adlı hesabatını oktyabrın 7-də təqdim edəcək. Təqdimat İsveçrənin Cenevrə şəhərində BTİ-nin qərargahında keçiriləcək.

Qurumun məlumatına görə, 2009-cu ildən etibarən İKT-nin İnkişaf İndeksi (IDI) və İKT-nin Qiymət səbəti göstəriciləri üzrə müəyyənləşərək, hər il dərc olunan MIS hesabatında bu il 157 ölkənin iqtisadiyyatında İKT sektorunun inkişafı təhlil edilib. Hesabatda beynəlxalq səviyyədə razılaşdırılmış İKT-nin inkişaf məqsədlərinə nail olunması istiqamətində irəliləyişlər, o cümlədən sahə üzrə gəlirlər, infrastruktur, investisiya, istehlak və s. kimi  əsas İKT göstəriciləri analiz edilib.


Qeyd edək ki, Azərbaycan “Measuring the Information Society - 2012” hesabatında “İKT inkişaf indeksi” (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda ölkəmiz 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yerini möhkəmlədib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL