waplog

“Flickr” yenilənib


“Yahoo!” şirkəti “iOS 7” mobil əməliyyat sistemi üçün “Flickr” tətbiqinin yenilənmiş versiyasını çıxarıb. Yeni versiyada telefonun kamerası ilə çəkilmiş fotoşəkillərin “Flickr” serverlərinə avtomatik yüklənməsi funksiyası reallaşdırılıb.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bu funksiya fotoşəkillərin daha etibarlı şəkildə saxlanmasına imkan yaradacaq.

Xatırladaq ki, “Flickr” bu yaxınlarda istifadəçilərə "bulud" saxlancında ödənişsiz 1 terabayt disk sahəsi verib, ona görə telefonun kamerası ilə çəkilmiş fotoşəkillərlə “Flickr”də onlar üçün ayrılmış disk sahəsini doldurmaq üçün onilliklər lazımdır. Həmçinin tətbiq yüklənmiş fotoşəkillərin avtodüzəlişini həyata keçirir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL