waplog

“Aztelekom” İstehsalat Birliyi və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti 3-cü rübün yekunlarını birgə müzakirə etdilər



3-cü rübün yekunlarını “Aztelekom” İstehsalat Birliyi və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti birgə təşkil olunmuş müşavirədə müzakirə etdilər. “Aztelekom” İB-nin “konfrans zalı”ndan canlı videogörüntü üzərindən və naqilli qoşulmaqla bütün yerli telekommunikasiya və poçt müəssisələrinə yayımlanan müşavirədə “Aztelekom” İB-nin Maliyyə və iqtisadi inkişaf şöbəsinin rəisi Faiq Cəfərov və “Azərpoçt” MMC-nin Mühasibat uçotu və hesabat şöbəsinin rəisi Vüqar Əfəndiyev geniş məruzələrlə çıxış etdilər.
 
Sonra 9 ay ərzində “Aztelekom” İstehsalat Birliyi və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli müəssisələrinin qarşılıqlı fəaliyyətlərinin vəziyyəti və perspektivləri müzakirə olundu.
 
Müşavirədə həmçinin, son günlərin ən əlamətdar hadisəsi - Azərbaycan Respublikasında prezident seçkilərinin inkişaf etmiş ölkələrə belə nümunə olacaq qədər yüksək səviyyədə keçirilməsi, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının prezident seçkilərində möhtəşəm qələbəsi mövzusunda müzakirələr aparıldı. “Aztelekom” İstehsalat Birliyi və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivləri adından yekdilliklə qəbul olunmuş, İlham Əliyev cənablarına ünvanlanmış təbrik müraciətini hər iki müəssisənin baş direktorları - Məhəmməd Məmmədov və Qəmbər Bəybalayev imzaladılar.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL