waplog

Azərbaycan şirkətləri elektron xidmətlərin göstərilməsində aktivlik göstərirlər


Azərbaycan bankları elektron xidmətlərin təqdim edilməsi  və onlayn ödənişlərin qəbulu  sahəsində aktivlik nümayiş etdirirlər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, son zamanlar bir sıra bank elektron maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzə müraciət ediblər.

“Banklarla yanaşı, bizə maliyyə təşkilatları ilə işləyən yerli İT şirkətlər də müraciət edirlər. Belə ki, bu yaxınlarda “BestComp”, “Ultra” və “Smart Systems” şirkətləri banklarda həyata keçirilən layihələrlə əlaqədar elektron imza tələb olunduğu üçün bizə müraciət ediblər”,- deyə MHM-də bildiriblər.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL