waplog

“APUS”-un dövlət ödəniş portalı optimallaşdırılır



Azərbaycan Mərkəzi Bankının sifarişi ilə hazırlanmış kütləvi ödənişlər üzrə informasiya sisteminin (APUS - Automated payment utility service) dövlət ödəniş portalı istifadəyə verilib.

"Sinam" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, layihənin sistem inteqratoru qismində "Sinam" və onun tərəfdaşı "CMA Small System" şirkəti çıxış ediblər.

Şirkətlərin birgə səyləri nəticəsində "www.apus.az" saytı istifadəyə verilib və hazırda portalın proqram hissəsinin optimallaşdırılması istiqamətində işlər aparılır.

Layihə nağdsız ödənişlərin artımına, büdcə ödənişlərinin asanlaşdırılmasına imkan yaratmaq, həmçinin "Elektron hökumət"in infrastrukturunun milli ödəniş sisteminin infrastrukturu ilə uzlaşdırılması məqsədini daşıyır.

Milli bankın klirinq sistemi ilə inteqrasiya nəticəsində kommunal və digər xidmət ödənişləri onlayn rejimdə həyata keçirilir. Ödənişlər "APUS" sisteminə qoşulmuş bankların bütün şöbələrində, "Azərpoçt" şəbəkəsində və həmçinin bankomatlar şəbəkəsində    qəbul edilir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL