waplog

Yeni “iPad” planşetinin nümayiş tarixi açıqlanıb


“All Things Digital” nəşri bildirir ki, “Apple” şirkəti növbəti nümayişi üçün jurnalistlərə dəvətlər göndərib. Tədbir oktyabrın 22-də San-Fransisko şəhərində baş tutacaq və yerli vaxtla səhər saat 10:00-da öz işinə başlayacaq.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tədbir üçün hazırlanmış dəvətdə müxtəlif istiqamətlərə uçan rəngbərəng yarpaqlar təsvir edilib. Şəkil “iOS 7” əməliyyat sistemi stilində hazırlanıb.

Şəklin alt hissəsini "We still have a lot to cover" yazısı bəzəyir. Qeyd edək ki, "cover" sözü ingilis dilində, həmçinin planşet üçün çexol anlamı kimi başa düşülür.

Ənənəsinə sadiq qalaraq, “Apple” şirkəti tədbirdə hansı məhsulun təqdim ediləcəyini məlumat vermir.
Lakin jurnalistlər hesab edir ki, şirkət yeni “iPad” və “iPad-mini” planşetlərini nümayiş etdirəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL