waplog

“Elektron hökumət” portalına daşınmaz əmlakla bağlı 8 yeni elektron xidmət inteqrasiya edilib


“Elektron hökumət” portalına daşınmaz əmlakla bağlı yeni elektron xidmətlər inteqrasiya edilib.
 
Əmək Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən təqdim edilən xidmətlərə “Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi”, “Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “ Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” daxildir.

Ümumilikdə yeni səkkiz xidmətini portal vasitəsilə təqdim edən komitənin digər xidmətləri sırasında “Daşınmaz əmlakın ipotekasının əlavə qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın ipotekasının əlavə qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” da yer alıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL