waplog

Fərhad Hacıyev: “Azərbaycanda gəncliyin innovativ potensialından geniş istifadə olunur”


“Bu gün Azərbaycanda gəncliyin innovativ potensialından, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri  Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev söyləyib. O bildirib ki, hazırda həm İKT, həm də digər bütün sahələrdə gənclərin fəallığına rast gəlmək mümkündür. F.Hacıyev deyib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir:
 
“Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Biz elə bir dövlətik ki, bu gün artıq dövlətimiz özü gənclərə qapı açır. Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, İKT, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL