waplog

İlk sabit "mobil" “Ubuntu” təqdim edilib


“Canonical” şirkəti oktyabrın 17-də “Ubuntu 13.10 Saucy Salamander” əməliyyat sisteminin sabit versiyasını çıxarıb. Versiyanın xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız kompüter və serverlərdə deyil, həm də smartfon və planşetlərdə işləmək qabiliyyətinə malikdir.

“Ubuntu” platforması ilə işləyən mobil qurğular hələ ki çıxarılmayıb, lakin əməliyyat sistemini “Android” ilə işləyən bəzi smartfon və planşet modellərinə quraşdırmaq olar. Rəsmi şəkildə yalnız “Nexus” qurğuları dəstəklənir.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mobil qurğular üçün “Ubuntu” əməliyyat sistemi hələ ki tətbiq mağazasından məhrumdur. İstifadəçi ƏS-ni quraşdırdıqdan sonra yalnız əsas proqram dəstinə malik olur: “WebKit” mühərrikli brauzer, telefon tətbiqi, SMS, fotoqalereya, hava proqnozu və kalkulyator üçün proqram.

“Canonical” şirkəti 2011-ci ildən “Ubuntu” mobil əməliyyat sistemi üzərində işləyir. 2013-cü ilin yayında şirkət bu ƏS-i ilə işləyən öz smartfonunu istehsal etməyə qərar verib. Layihəyə pul “Indiegogo” saytının köməyi ilə toplanılıb. Lakin 32 milyon dolları toplamaq mümkün olmayıb.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL