waplog

Stiv Cobs və 10 fakt


Stiv Cobs 2011-ci il oktyabrın 5-də dünyasını dəyişib. Lakin indiyə qədər onun şirkətin fəaliyyətinə töhfəsi haqqında mübahisələr səngimək bilmir.
 
1976-cı il 1 aprel
 
Cobs, Stiv Voznyak və Ron Veyn rəsmən öz şirkətini qeydiyyatdan keçirərək onu "Apple Computer" adlandırıblar.
Gələcək "Apple" korporasiyasının banisi Stiv Cobs və Stiv Voznyak olublar. Zamanla üçüncü iştirakçı – Ron Veyn peyda olub. 1970-ci illərin əvvəllərində Ron Veyn "Atari" şirkətində baş istehsalçı vəzifəsində işləyib. Stiv Cobs "Atari"də mühəndis, Stiv Voznyak isə "Hewlett Packard" korporasiyasında işləyib. Onlar artıq o zaman fərdi kompüterin yaradılması ideyası barədə düşünməyə başlamışdılar.
 
671,4 min dollar
 

 
Bu ilin mayında adı açıqlanmayan alıcı 1976-cı ildə istehsal edilmiş işlək "Apple 1" kompüteri üçün 671.4 min dollar ödəyib. Kompüter Almaniyada düzənlənmiş hərracda satılıb. Bu qiymət "Apple 1" kompüteri üçün rekord olub.
Xatırladım ki, "Apple 1" kompüterləri 666,66 dollar qiymətinə satılıb.
 
27 yaş

Cobs 27 yaşında ikən ilk dəfə doğma bacısı ilə görüşüb. Məlumdur ki, Cobsun bioloji valideynləri ondan imtina ediblər. O, sonralar əsl valideynlərilə əlaqə saxlamayıb və hətta Cobsun ölümündən sonra Suriya əsilli atası deyib ki, onun nəsə deməyə sözü yoxdur.
Lakin "Apple"ın banisinin doğma bacısı Mona Simpson kifayət qədər tanınmış yazıçıdır. Stiv 27 yaşında ikən ilk dəfə bacısı ilə görüşüb və KİV yazır ki o, Cobsa böyük təsir göstərib. "Mən qardaşımla fəxr edirəm" – müsahibələrindən birində Simpson belə deyib. "Biz demək olar ki, hər gün telefonla danışırıq" – Cobs etiraf edib.
 
1 dollar

Cobs 1996-cı ildə şirkətə yenidən qayıdıb və əsas əməkhaqqısı 1 dollar təşkil edib. Bundan başqa, o, istənilən başqa müəyyənləşdirilmiş bonuslardan məhrum edilib.
Buna baxmayaraq, Cobs milyarder idi, çünki "Apple"ın səhmlərinin 5,426 milyonu, həmçinin "Disney" şirkətinin səhmlərinin 138 milyonu ona məxsus idi.
 
40 milyard dollar

Bu məbləği Cobs "Android" platforması ilə mübarizəyə xərcləməyə hazır idi. Onun fikrincə, "Android" platformasının populyarlığı "Apple"ın texnologiyalarının köçürülməsi ilə əlaqəlidir. "Mən son nəfəsimədək mübarizə aparacağam, bu haqsızlığı bərpa etmək üçün lazım gəlsə, 40 milyard dolların hər sentini xərcləyəcəyəm – Cobs deyib. Mən "Android" platformasını məhv etməyə hazırlaşıram, çünki bu, oğurluq məhsuldur".
"Apple"  "Android" qurğuların ən böyük istehsalçıları olan "Samsung" və "HTC" şirkətləri ilə fəal mübarizə aparıb. Cobsun sözlərinə görə, onun məqsədi pul yox, şirkətin ideyalarının "Android" platformasında istifadəsinə qadağa qoymaq olub.
Maraqlıdır ki, "Google"un keçmiş baş direktoru və hazırda şirkətin direktorlar şurasının sədri Erik Şmidt, 2006-2009-cu illərdə "Apple"ın direktorlar şurasında təmsil olunub.

9 il

2003-cü ildə Cobsa mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu. O, 2004-cü ildə əməliyyat olunub və qaraciyərdə metastazlar aşkar edilib. O, həmçinin kimyəvi üsulla müalicə olunub. 2008-ci ildə xəstəlik inkişaf etməyə başlayıb, bundan sonra qaraciyərin köçürülməsi əməliyyatı keçirib. 2010-cu ilin sonunda artıq Cobsun vəziyyəti pisləşib. O, 2011-ci ilin yanvarında müddətsiz məzuniyyətə çıxıb və bundan sonra "Apple"ın direktor postunu tərk edib, lakin direktorlar şurasının sədri vəzifəsində işləməyə davam edib.
Stiv Cobs 2011-ci il oktyabrın 5-də dünyasını dəyişib.
 
426 milyard dollar

Cobs dünyasını dəyişən günün səhəri "Apple"ın kapitallaşdırma dəyəri 426 milyard dollar olub.
2011-ci ilin avqustunda Cobsun idarəçiliyi dövründə "Apple" kapitallaşdırma dəyərinə görə dünyanın ən bahalı şirkəti olub.
 
90%
 
"Apple" əməkdaşlarının 90%-i Stiv Cobsla görüşməyib. FTB-nin  məxfi dosyesində qeyd olunub ki, onun əməkdaşları Cobsun qeyri-adi idarəçilik stilini bildiriblər. Bəzi həmkarları onu etibarsız şəxsiyyət kimi də xarakterizə ediblər.
Cobs şirkəti tərk edən zaman orada 60 min əməkdaş işləyib.
 
 
 
700 milyon
 
Sentyabrın sonunadək şirkət "iOS" mobil platforması ilə işləyən 700 milyonuncu qurğusunun satışını gözləyir. "iPad" pleyerləri,  "iPhone" smartfonları və "iPad" planşetləri növbə ilə mobil bazarda kiçik çevrilişlər edərək dəbi təyin edən şirkətə çevrilib.
Güclü rəqabət şəraitində "Apple"
 şirkəti riskə getməli olub. Məsələn, "iPad" mini və rəngli "iPhone"  istehsalını nümunə göstərməli olub.
 
50 milyard
 
Şirkət bu ilin mayında "App Store" tətbiq mağazasından 50 milyardıncı yüklənməni elan edib. Hazırda "App Store" mağazasında 900 mindən çox proqram var.
 

 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL