waplog

“Avtovağzal” metro stansiyasında İKT-dən geniş istifadə olunub



Bakı Metropoliteninin tikilməkdə olan yeni stansiyası informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. “ICTnews” elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, 2014-cü ilin yanvar ayında istifadəyə veriləcək “Avtovağzal” metro stansiyasında işlər yekunlaşmaq üzrədir. Hazırda stansiyanın daxili təmir olunur. Təmir başa çatdıqdan sonra stansiyada avadanlıqların quraşdırılmasına başlanacaq.
 
“Avtovağzal” stansiyasında mobil telefonlar şəbəkəyə qoşula biləcək və sərnişinlər çətinlik çəkmədən əlaqə qura biləcək. Bundan başqa, mobil telefonlarla asanlıqla internetə daxil ola biləcək. Üstəlik, İKT-dən həm də təhlükəsizliyi təmin etmək məqsədi ilə geniş istifadə olunub. Bu tədbirlərdən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb. Belə ki, stansiyada ventilyasiya sistemi ilə yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Yanğın təhlükəsizliyi məqsədi ilə ən müasir optimal sistemlər tətbiq ediləcək.
 
Məlumat üçün bildirək ki, “Avtovağzal” stansiyası digər metro stansiyalarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əvvəlki stansiyalarda platformanın uzunluğu 98 metr idisə, bu stansiyada platformanın uzunluğu 150 metr olacaq. Əvvəlki stansiyalarda vaqonların sayı 5 olduğu halda, yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Stansiyalarda sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL