waplog

Bir neçə poçt şöbəsi beynəlxalq pulköçürmələri sisteminə qoşulub



"Azərpoçt" MMC-nin tabeçiliyində olan Bakı, Sumqayıt, Abşeron poçt filiallarında bütün lisenziyası olan şöbələrdə "Contact" , "Migom" , "Caspian Money Transfer" Beynəlxalq pulköçürmələri sisteminə qoşulub.

"Azərpoçt" MMC-dən verilən məlumata görə, Gəncə, Tovuz, Şəki, Yevlax, Lənkəran, Şirvan Regional Poçt Filialı, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Samux, Qazax, Gədəbəy, Ağstafa, Şəmkir, Zaqatala, Qax, Oğuz, Balakən, Ağdam, Tərtər, Bərdə, Mingəçevir və Ağcabədi Poçt filiallarının lisenziyası olan bütün poçt şöbələrində "Contact" , "Migom" , "Caspian Money Transfer"  Beynəlxalq pulköçürmələri sisteminə qoşulub.

Eyni zamanda "Zolotaya Korona" beynəlxalq pulköçürməsi sistemi ilə əməkdaşlıq müqaviləsi imzalanaraq RPF və PF-lərin bütün lisenziyası olan şöbələrində qoşularaq əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, digər poçt filiallarının da adıçəkilən sistemə qoşulması gözlənilir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL