waplog

Şəmkirdə yeni poçt şöbəsi açılıb



“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən görülmüş işlərə uyğun olaraq “Azərpoçt” MMC tərəfindən iş yerlərinin yaradılması, poçt şöbələri üçün binaların tikilməsi, yeni poçt şöbələrinin açılması, estetik vəziyyətinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin və tezliyinin artırılması istiqamətində işlər görür.

Görülmüş işlərin davamı olaraq bir sıra poçt filiallarının xidmət ərazilərində yeni poçt şöbələri açılaraq əhalinin istifadəsinə verilib. “Azərpoçt” MMC-dən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq Şəmkir Poçt Filialı tərəfindən Dəllər Daşbulaq poçt şöbəsi yaradılaraq istifadəyə verilib.

Qeyd edək ki, böyük bir ərazini əhatə edən yaşayış məntəqəsində poçt şöbəsi olmayıb. Əhali poçt xidmətlərindən yararlanmaq üçün rayon mərkəzlərinə və ya qonşu kəndlərə getməli olurdu.


RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL