waplog

“IBM” mobil audentifikasiyanın yeni üsulunu təklif edib


Banklar və böyük saytlar çox vaxt istifadəçilərin parol və mobil telefonlarını bir-biri ilə əlaqələndirərək daha təhlükəsiz iki mərhələli audentifikasiya sistemi yaradırlar. Bu, istifadəçi fərdi kompüterdə işləyən hallara aiddir. Bəs mobil telefondan daxil olunduqda necə? “IBM” bu hal üçün də çıxış yolu tapıb: “NFC” texnologiyasını iki mərhələli audentifikasiya sistemi ilə əlaqələndirib.

Qeyd edək ki, insanlar “NFC” simsiz texnologiyasının köməyi ilə sadəcə telefonlarını bir-birinə yaxınlaşdıraraq informasiya mübadiləsi həyata keçirə bilərlər. Lakin “IBM” korporasiyası sözügedən texnologiyadan daxili iki mərhələli mobil audentifikasiya üçün əlavə vasitə kimi istifadəni təklif edib. “IBM Research”-in Sürix laboratoriyasından bildirilib ki, NFC audentifikasiya – bu, mobil texnologiyalar dünyasında tamamilə yeni istiqamətdir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, iki mərhələli audentifikasiya istifadəçilər üçün daha təhlükəsizdir, çünki müasir günümüzdə istifadəçi məlumatlarının toxunulmazlığına zəmanət üçün artıq yalnız parol kifayət deyil. Məsələn, “Google”-da iki mərhələli audentifikasiya üçün əlavə birdəfəlik parolların generasiyasını nəzərdə tutur, lakin heç də bütün maliyyə müəssisələri onları dəstəkləmir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL