waplog

“Huawei” beynəlxalq kompüter təhlükəsizliyi standartlarının yaradılmasına çağırır



 "Huawei" şirkəti kompüter təhlükəsizliyi mövzusunda ikinci hesabatını dərc edərək təhlükəsizliyin təmini üçün idarəetmə strukturları və strategiya, iş prosesləri və standartlar, kadr idarəçiliyi və s. aid yanaşmaları açıqlayıb. Hesabat şirkətin dünya bazarında həm dövlət, həm də özəl təşkilatlarla işini davam etdirmək niyyətinin təsdiqi məqsədini daşıyır.  

Seulda keçirilən konfransda "Huawei"in kompüter təhlükəsizliyi üzrə direktoru Con Suffok bildirib ki, hazırda başlıca problemlərdən biri təhlükəsizlik üzrə vahid dünya standartlarının olmamasındadır.

O bəyan edib ki, şirkət açıqlıq və şəffaflıq prinsiplərinə sadiqdir və "Huawei"də qəbul edilən proseduralarla nə qədər çox insan tanış olsa, bu, şirkətə bir o qədər malların və xidmətlərin keyfiyyətini artırmağa kömək edər, - "Computerworld www.osp.ru" yazır.
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL