waplog

Naxçıvan MR-in ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 84,9 faizi internetə qoşulub



 
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur.
 
Naxçıvan MR-in Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muxtar respublikanın ümumtəhsil məktəblərində 3355 dəst kompüter quraşdırılıb, hər 13 şagird bir dəst kompüterlə təmin olunub. İstifadədə olan 3355 dəst kompüterin 2849-u və ya 84,9 faizi internetə qoşulub. Bununla yanaşı, muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha keyfiyyətlə aparılması məqsədilə 512 elektron lövhə quraşdırılıb.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL