waplog

Azərbaycanda Rusiya İT şirkətinin nümayəndəliyi açılacaq



Azərbaycanda noyabr ayının əvvəlində Rusiyanın “Polimedia” İT şirkətinin nümayəndəliyinin açılışı gözlənilir.
“ICTnews” xəbər xidmətinin şirkətin rəsmi məlumatına istinadən verdiyi xəbərə əsasən, “Polimedia” Azərbaycanın dövlət strukturları, təhsil sektoru və biznes sahəsində fəaliyyət göstərən müəssisələri üçün tətbiqi həllər və layihələr təqdim edəcək.

Nümayəndəliyin açılışı ilə bağlı şirkət noyabrın 5-də Bakıda mətbuat konfransı və dövlət orqanlarının və bələdiyyələrin idarəetməsi, biznesin effektiv inkişafı və təhsildə tətbiq edilmək üçün nəzərdə tutulmuş texnologiyalar nümayiş edəcək.

“Polimedia”nın nümayəndələri kollec və ali məktəblərin şagird və tələbələrinin təlimi üçün nəzərdə tutulmuş ən son dünya tendensiyalarını və texnologiyalarını: distant təhsil, rəqəmli laboratoriya, interaktiv qurğular təqdim edəcəklər.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL