waplog

“Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində növbəti təlim keçirilib



 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “Nar Mobile” və Multimedia İnformasiya Mərkəzi tərəfindən gerçəkləşdirilən  “Onlayn medianın inkişafına dəstək” layihəsi davam edir. Layihə çərçivəsində keçirilən təlimlərin əsas məqsədi ölkədə  informasiya cəmiyyəti quruculuğundan, xüsusilə “elektron hökumət” quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir. İKT və media sahəsində çalışan peşəkar mütəxəssislərin yaxın köməyi ilə keçirilən təlimlər daha bir həftə davam edəcək.
 
Təlimlər jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi proqram əsasında keçirilir. Proqramda sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistika, İnternetdə reklam, mobil İnternet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, “elektron hökumət”  kimi mövzular öz əksini tapıb. Müxtəlif mətbuat  orqanlarında  çalışan jurnalistlər, ali məktəblərdə jurnalist ixtisası üzrə təhsil alan  tələbələr təlimlərdə iştirak edirlər. Təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
 
Adı çəkilən layihə çərçivəsində həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn media müsabiqəsi də hazırda davam edir.  Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçular tərəfindən yazılan tvitlər 15 noyabr tarixinədək qəbul olunur.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL