waplog

Roman Abramoviç startaplara sərmayə qoymağa başlayıb



“Sape.ru” istinadlar birjasının təsisçiləri Roman Abramoviçin strukturları ilə birgə “ImpulseVC” sərmayə fondu və həmçinin layihələrin dəstəklənməsi üçün akseleratorla inkumator yaradıblar.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi xəbərə əsasən, “ImpulseVC” əsas məqsədi ildə 50 layihənin dəstəklənməsini təmin etməkdir. Onların hər biri şirkətdə 7-15%-ə 25-100 min dollara iddia edə bilər, ən yaxşılarına isə böyük həcmdə sərmayələr - 500 min dollardan başlayaraq 25-35%-lə.

“ImpulseVC” fondunun arxasında “Sape.ru”nun təsisçiləri və onun hazırkı sahibləri durur. Ümumilikdə 65 milyon dollar sərmayə qoymağa hazır olan sərmayədarların siyahısına Abramoviçin strukturları ilə yanaşı, bir sıra biznesmenlər daxildir.

Bu, rəsmən təsdiqlənməsə belə, dəqiq məlumdur ki, öncə “Millhouse” və “Invest AG” fondu “Mail.ru Group”dan “Sape.ru”nun 30%-ni alıb. Hazırda 2007-ci ildə yaradılmış istinadlar birjasının 100%-i “Edvintek Limited” şirkətinə məxsusdur.

Analitiklərin qiymətləndirmələrinə əsasən, Roman Abramoviçin strukturlarının internetə olan marağı əsaslanmışdır – xammal sektorunda xərclərin artım tempi aşağıdır, eyni zamanda dövlətin bu biznesdə iştirakı maneə törədir. İnternet-layihələr isə ən dinamik və  “azad” bazardır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL