waplog

İKT biznesi ilə bağlı treninq keçirilib


Azərbaycanın cənubunda yaşayan insanlara elektron xidmətlər və onların verdiyi üstünlüklərlə bağlı məlumatlar çatdırılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində sahibkarlar üçün "Biznesin əsasları, təşkili və idarə edilməsi" və "Logistika" mövzularında treninq keçirilib.
 
Tədbirdə iştirakçılara İKT-nin biznesdə rolu, biznesin mahiyyəti, biznes mühiti, biznesin təşkilati-hüquqi formaları, biznesin planlaşdırılması, biznesin idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi, biznesin təhlükəsizliyi və s. barədə ətraflı məlumatlar verilib. Bununla yanaşı, logistikanın mahiyyəti və məqsədi, logistika sahəsində mütəxəssislərin vəzifələri ilə bağlı fikir mübadiləsi aparılmış, logistikanın növləri, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
 
Daha sonra Ağstafa rayonunun Daşkəsəmən kəndində sahibkarlar üçün keçirilən treninqdə iştirakçılar marketinq anlayışı, marketinqin növləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə ətraflı məlumatlandırılıblar.
Tədbirlərdə həmçinin, “www.icazeler.gov.az”, “www.b2b.az” elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə iştirakçılara geniş məlumat verilib.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL