waplog

Azərbaycan rəqəmsal texnologiyanın arxivdə tətbiqinə dair Moskvada keçirilən seminarda təmsil olunub



Rusiya Federasiyasının Moskva şəhərində “Rəqəmsal texnologiya arxivdə: tətbiqi təcrübə və inkişaf perspektivləri” mövzusunda beynəlxalq təlim seminarı keçirilib.

Azərbaycanın Milli Arxiv İdarəsindən verilən məlumata görə, seminarda adıçəkilən idarə tərəfindən Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov iştirak edib. Seminara Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər MDB ölkələrinin, həmçinin RF federal arxivlərinin nümayəndələri də qatılıb.


Seminarda Ümumrusiya Sənədləşmə və Arxiv İşi Elmi-Tədqiqat İnstitutunun (VNİİDAD) direktoru M.V.Larin “Müasir dünyada elektron sənədlərin idarə olunmasında yeniliklər” mövzusunda çıxış edərək elektron sənədlərin qəbulu, kağız əsaslı sənədlərin qəbul edilərək elektron formata salınması, mühafizəsi və istifadəsi sahəsində ABŞ, Avstraliya və Avropa ölkələrinin arxivlərinin təcrübəsinə toxunub. Daha sonra Rusiya Federal Arxiv Agentliyinin rəis müavini V.P.Tarasov, Ümumrusiya Sənədləşmə və Arxiv İşi Elmi-Tədqiqat İnstitutunun laboratoriyasının direktoru, tarix elmləri doktoru Y.Y.Yumaşeva, Rusiya Dövlət Elm və Texnika Sənədləri Arxivinin şöbə müdiri N.V.Qlişinskaya və başqaları çıxış ediblər. Seminar məşğələlərində çıxış edən mühazirəçilər də qeyd olunan mövzu ətrafında mühazirə söyləyib.

Seminarın sonuncu günü Rusiya Dövlət Elm və Texnika Sənədləri Arxivində elektron sənədlərin saxlanılması, disklərin mühafizə metodları, sənədlərin skan edilməsi, istifadə olunan skanerlər və s. praktiki olaraq nümayiş etdirilib. Sonda hər bir seminar iştirakçısına qısamüddətli ixtisasartırma kursu keçmələri haqqında müvafiq şəhadətnamələr verilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL