waplog

Alimlər milyon illər işləyəcək məlumat daşıyıcısı hazırlayıblar


Müəyyən şərtlər daxilində ənənəvi sərt disklərdə informasiya 10 il müddətində saxlanıla bilər. Bu, adi istifadəçilər üçün bəs edir, lakin məlumatı gələcək nəsillərə ötürmək üçün kifayət deyil. Buna görə alimlər milyon illər işləyəcək məlumat daşıyıcısı hazırlayıblar.

"ICTnews" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Tvente Universitetindən hollandiyalı tədqiqatçılar bu işlə məşğul olublar. Hazırda alimlərin həlli məlumatları normal şəraitdə milyon il ərzində saxlamağa qadirdir, lakin onlar bu müddəti milyard ilə qədər çatdırmağa ümid edirlər.

"İnsanlar həmişə informasiyanı gələcək nəsillərə ötürməyə çalışıblar. Bildiyimiz kimi, gec-tez insan sivilizasiyası məhv olacaq və onun qüdrəti haqqında xatirələr tamamilə itə bilər" – tədqiqatçılar deyiblər. Gələcək haqqında fikirlər onları bu işlə məşğul olmağa vadar edib.

Əlbəttə ki, alimlər sözügedən həllin uzunömürlüyünü sınaqdan keçirməyə müvəffəq olmayıb. Bununla belə, onun üzərində sürətləndirilmiş "yaşlanma" prosesi aparıblar və məlum olub ki, disk milyon il ərzində işləməyə qadirdir.

Disk nitrid silisium qoruyucu qatı ilə örtülmüş volframdan işlənib hazırlanıb. Daşıyıcıdakı informasiya QR kodlar şəklində saxlanılır.

Bununla belə, yeni diskdəki informasiyanı ocağın köməyi ilə məhv etmək olar.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL