waplog

“HP” korporasiyası “3D” çap bazarına çıxacaq


“Hewlett-Packard” (HP) üçölçülü çap üçün qurğular istehsalına başlamaq niyyətindədir. Bu barədə şirkətin icraçı direktoru Meq Uitman deyib.

"3D çap hazırda erkən inkişaf mərhələsindədir. Biz bu imkandan istifadə etmək istəyirik. Biz bu biznes sahəsində lider olmaq niyyətindəyik" –  xanım Uitman deyib.

“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “HP”-nin direktoru qeyd edib ki, şirkət artıq həcmli çap texnologiyalarını hazırlayır. "Hazırda adi butulkanın çap olunmasına 8-10 saat vaxt sərf olunur. Bu, çox maraqlıdır, lakin eyni zamanda kənardan dayanıb əriyən buzu müşahidə etməyə bənzəyir" – Meq Uitman deyib. Buna görə “HP” şirkəti müasir “3D” printerlərdən daha sürətli işləyəcək qurğuların işlənib hazırlanmasını planlaşdırır.

“HP” şirkəti “3D” çap üçün ilk qurğunu təxminən gələn ilin ortalarında təqdim etmək niyyətindədir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL