waplog

“Google” noyabrın 1-də “Nexus 5” və "şokoladlı Android”i təqdim edəcək


Noyabrın 1-də “Google” şirkəti “Nexus 5” smartfonunu və yeni ”KitKat” kod adlı “Android 4.4” əməliyyat sistemini təqdim edəcək.

“ICTnews” xəbər xidmətinin “www.podrobnosti.ua” saytına istinadən verdiyi məlumata əsasən, “Nexus 5” rəsmi buraxılış tarixi bildirilməsə də, onun haqqında, demək olar ki, hər şey məlumdur. Oktyabrın əvvəlində şəbəkəyə qurğunun təmiri üzrə daxili təlimat düşüb və bu təlimat “quqlofo”nun texniki xüsusiyyətləri haqda məlumatları açıqlayıb. Bir neçə həftə öncə isə “Google” şirkəti “səhvən” “Google Play” internet dükanında onun şəklini və qiymətini yerləşdirib.

Məlum olub ki, “Nexus 5” ağ korpusla təchiz ediləcək və onu “LG” şirkəti istehsal edəcək.
Ehtimal edilir ki, aparat 4,95 düymlük 1080 piksel ölçüdə ekrana, 4 nüvəli “Snapdragon 800” (2,3 hiqahers takt tezlikli) prosessora, 2 GB əməliyyat yaddaşına malik olacaq, LTE-şəbəkələri dəstəkləyəcək, 8 meqapikselli kamera ilə təchiz ediləcək.

O, eyni zamanda, Qi standartı üzrə simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL