waplog

Kanadada “Bitcoin” üçün ilk bankomat quraşdırılacaq


Kanadada “Bitcoin” üçün ilk bankomat quraşdırılacaq. O, Vankuverin mərkəzində yerli qəhvəxanalardan birinin yaxınlığında quraşdırılacaq. “Robocoin” adlanan aparatın köməyi ilə Kanada dollarını “bitkoin”ə və əksinə konversiya etmək mümkün olacaq.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, əvvəllər “Bitcoin” mübadilə qurğularını yalnız sahə üzrə sərgi və konfranslarda görmək mümkün idi.

Bankomat ovucun izi əsasında şəxsiyyəti müəyyənləşdirir. Pulu həm nağd, həm də kredit kartı kimi daxil etmək olar. Gün ərzində 3 min Kanada dolları (təxminən 2900 ABŞ dolları) dəyərində məbləğlə əməliyyat aparmaq olar.

 “Robocoin” aparatlarının Kanadada quraşdırılması ilə məşğul olan “Bitcoiniacs” şirkəti 5 ədəd belə aparat alıb. Onlar tezliklə ölkənin başqa ərazilərində də quraşdırılacaq.
 
“Bitcoin” – bu, 2009-cu ildə istifadəyə verilmiş elektron pul sistemidir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL