waplog

Londonda "Onlayn bazarın kapitallaşdırılması" və "İntellektual şəhərlər” mövzuları müzakirə olunacaq


29 – 31 oktyabr 2013-cü il tarixlərində 9-cu Dünya İslam İqtisadi Forumu keçiriləcək. Londonda düzənlənəcək forum "Dəyişən dünya və yeni əlaqələr" ("Changing world and new relationships") mövzusuna həsr edilib. Bu barədə "ICTnews"a Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən məlumat verilib.
 
SAM-dan bildirilib ki, sözügedən tədbirdə "Dəyişən dünyada inkişaf üçün siyasi çərçivə" (Policy framework in a changing world),"Dəyişən dünyada biznes qaydaları" (Doing business in a changing world), "İntellektual şəhərlər" (Smart cities), "Gələcəyi dizayn etmə" (Designing the future), "İslam maliyyəsi üzrə qlobal standartların uyğunlaşdırılması" (Harmonizing global standards on İslamic finance), "Onlayn bazarın kapitallaşdırılması" (Capitalizing online market), "Korporativ dünyada qadınlar" (Women in corporate world), "Dəyişən dünyada mikromaliyyələşdirmənin rolu" (Role of microfinance in a changing world) və s. kimi siyasi və iqtisadi mövzuların müzakirəsi planlaşdırılır.


Forumda Malayziyanın baş naziri Nacib Tun Abdul Razak, ticarət naziri Seri Mustafa Muhamed, bu ölkənin  mərkəzi bankının sədri Zeti Axtar Aziz, Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Stephen Green, xarici işlər naziri Baroness Varsi, İordaniyanın planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İbrahim Saif, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli, Bəhreynin nəqliyyat naziri Kamal bin Əhməd, London şəhərinin meri Boris Conson, Omanın mərkəzi bankının sədri Hamood Sangur Al Zadcali, BƏƏ-nin Dubay Beynəlxalq Maliyyə Mərkəzinin sədri Abdulla Muhammed Saleh, BƏƏ-nin Mərkəzi Bankının sədri Sultan Bin Nasser Al Suaidli, özəl sektorda fəaliyyət göstərən "Landrover", "Atkins", "Oasis", "PWC" kimi nəhəng şirkətlərin məmurları, eyni zamanda SAM-ın ekspertləri Mahir Hümbətov və Zaur Şiriyev iştirak edəcək.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL