waplog

Əllə yazılmış qeydləri elektronlaşdırmaq mümkün olacaq


"Livescribe" şirkətinin təqdim etdiyi smart Livescribe 3 qələminin köməyi ilə əllə yazılmış qeydlər və çəkilmiş şəkillər tez bir şəkildə rəqəmli formata çevrilə bilər.

Yenilik "Apple" cihazlarının sahibləri üçün nəzərdə tutulub, məlumat mübadiləsi "Bluetooth 4.0 LE" simsiz rabitəsi vasitəsilə həyata keçirilir. "iPhone 5s/5c" smartfonları, "iPad Air" və "iPad Mini 2" planşetləri, həmçinin beşinci nəsil "iPod touch" pleyeri ilə uyğunluq mümkündür.

"Livescribe 3" qələmindən istifadə üçün xüsusi kağız lazımdır.

"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, informasiya xüsusi tətbiqə ötürülür və redaktə edilə, fotoşəkil, videomaterial və sairə əlavə edilə bilər.

Qələm akkumulyator batareyasından enerji toplayır, avtonom iş vaxtı 14 saata bərabərdir.

 
Sözügedən qələmin standart versiyasının qiyməti 150 dollardır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL