waplog

“Ən yaxşı videotədris resursu” üzrə müsabiqə başa çatıb


“Bakı” nəşriyyatı və  “İnformatika” dərsliyinin həmmüəlliflərinin (Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayeva) elan etdiyi “Ən yaxşı videotədris resursu” üzrə müsabiqə artıq başa çatıb.
 
“ICTnews” elektron xəbər xidmətinə bu barədə “www.informatik.az” saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, müsabiqəyə 9 müəllimin işi qəbul olunub. Münsiflər heyəti işləri qiymətləndirərək qalibləri müəyyən edib. I yerin qalibləri
Rəşad Bəyov (“Lazarusda proqramın yaradılması”), Günay Hüseynzadə  (“Lazarus proqramı. Ədədin kvadratı və kubunun hesablanması”),  Sənubər Məmmədova (“Access 2007 ilə tanışlıq”, “Verilənlər bazasının strukturunun yaradılması”, “Cədvəlarası əlaqələr”) olub.
 
II yerin qalibləri Natəvan Feyzullayeva (“Kompüterin işə salınması”), Ramil Cəfərov (“Fraktal qrafika”), Lətafət Nəsibova (“OpenOffice Draw proqramı. 3D modelin hazırlanması”, “Galerry”, “Funksiyalar və qrafiklər - Excel 2013”), III yerin qalibləri isə Nəcibə Humayeva (“Mozaika və naxışların qurulması”), Xanım Əliyeva (“Verilənlər bazası”),  Kənan İsmayılov (“Word proqramında cədvəlin qurulması”) seçilib.

Qeyd edək ki, şərtlərə əsasən, ümumtəhsil məktəbləri üçün “İnformatika” dərslikləri əsasında hazırlanmış “Ən yaxşı videotədris resursu” ilə bağlı müsabiqədə iştirak etmək istəyən müəllim I-XI siniflər üzrə “İnformatika” dərsliklərində olan istənilən bir mövzu əsasında “Camtasia Studio” və ya digər videoredaktorlardan birində dərsin videoizahatını hazırlamalı, hazırlanmış videofayl “www.youtube.com” saytında yerləşdirilməli idi.


Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL