waplog

Stiv Cobsun evi turistik yerə çevrilib



 “Apple” şirkətinin banisi Stiv Cobsun gənclik dövrünü keçirdiyi ABŞ-ın Kaliforniya ştatının Los-Altos şəhərində yerləşən əfsanəvi evi qorunan tarixi görməli yerlər siyahısına daxil edilib. Belə ki, çərşənbə axşamı Şəhər Tarixi Komissiyası tünd-qəhvəyi kirəmit damlı birmərtəbəli ağ evə yeni statusun verilməsinə yekdilliklə səs verib.
Şəhər hakimiyyəti ümid edir ki, Los-Altos “Apple” məhsulları həvəskarları üçün tezliklə turizm mərkəzinə çevriləcək. 

Hazırda birmərtəbəli evin sahibi S.Cobsun bacısı Patrisiya Cobsdur. Binaya tarixi statusun verilməsi üçün səsvermə onun yazılı icazəsi olmadan keçirilib, bu səbəbdən “Apple” yaradıcısının qohumu 10 gün ərzində qərardan şikayət verə bilər.

Krist-drayv küçəsində 1952-ci ildə tikilən evə ailə S.Cobs 7-ci sinifdə oxuyanda köçüb. Məhz bu evin qarajında S.Cobs və onun dostu Stiv Voznyak ilk 50 ədəd “Apple 1” kompüter modelini hazırlayaraq yığıblar. Gənclər, demək olar, vaxtlarını həmişə burada keçiriblər, - “Vesti www.vesti.ru” yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL