waplog

2013-cü ildə keçirilən qəbul imtahanında bakalavrların informatika fənni üzrə cavablarının statistik təhlili aparılacaq


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib. Müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndələrin iştirak etdiyi seminarda tədbir iştirakçılarının əhatə dairəsini genişləndirməklə qarşılıqlı əlaqələrin gücləndirilməsi, proqrama ediləcək düzəlişlərin razılaşdırılması və müvafiq informasiyaların düzgün emal olunması problemləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Komissiyadan verilən məlumata görə, bu məsələlərin işçi qaydada həll olunması Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun əməkdaşı İ.Məmmədova həvalə olunub. İnformatika üzrə qəbul proqramının redaktə olunması, alınmış təkliflərin effektli şəkildə emal edilməsi üçün R.Mahmudzadə (BDU), E.Seyidzadə (Qafqaz Universiteti), V.Müslümov (ADU), Y.Sərdarov (ADNA), T.Əliyeva (ADİU), R.Əzizova (ADİU), M.Xəlilov (BDU), R.Mirzəyev (BDU) və E.Rzazadədən (Xəzər Universiteti) ibarət işçi qrupu yaradılıb.
 
Seminarın iş planına uyğun olaraq, informatika fənni üzrə 2014/2015-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanı proqramının müzakirəsinə başlanılıb.
 
Noyabrın 5-də keçiriləcək növbəti seminarda proqramın müzakirəsi davam etdiriləcək və 2013-cü ildə keçirilən qəbul imtahanında informatika fənni üzrə istifadə olunmuş test tapşırıqlarına bakalavrların cavablarının statistik təhlilinə başlanılacaq.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL