waplog

“Rabitə Bakı” növbəti qələbəsini qazanıb


"Rabitə Bakı" qadın voleybol komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti görüşünü keçirib. Bu dəfə Fransanın "Bezirs Volley" komandası ilə qarşılaşan voleybolçu qızlarımız rəqib meydançasında 0:3 hesabı ilə qalib gəlib. Bu, artıq qızlarımızın qrup mərhələsində bir-birinin ardınca qazandığı ikinci qələbəsidir.
 
Bundan əvvəl Rusiyanın «Omiçka» komandasını 3:2 hesabı ilə üstələmişdi. "Rabitə Bakı" növbəti oyununu noyabrın 27-də "Dresdner SC" komandasına qarşı keçirəcək.
Onu da bildirək ki, Çempionlar Liqasının növbəti mərhələsinə 1 və 2-ci yeri tutmuş komandalar çıxacaq. Pley-of-12, pley-of-6 keçiriləcək və sona 3 komada qalacaq. Bundan sonra isə ev sahibi onlara qoşulacaq və dördlər finalı baş tutacaq.
 
Qeyd edək ki, "Rabitə" klubu da dördlər finalının ev sahibliyinə iddialıdır. Əgər bu baş verərsə, onda komandamız pley-of-da oynamayacaq. Bu ilin sonunda, yəni dekabrın 19-da finala ev sahibliyi edəcək klubun adı açıqlanacaq.
 
Yeri gəlmişkən onu da vurğulayaq ki, dördlər finalının tarixi dəqiqləşib. Final 2013-cü il martın 15-16-sı keçiriləcək. Bundan sonra Çempionlar Liqasının qalibi müəyyənləşəcək.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL