waplog

Qadınlar gümüşü, kişilər isə boz rəngli “iPhone 5S” smartfonuna üstünlük verirlər


"Consumer Intelligence Research Partners" şirkətinin yeni tədqiqatına əsasən, qadınlar gümüşü, kişilər isə boz rəngli "iPhone 5S" smartfonunu satın almağa daha çox üstünlük verirlər.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, qızıl rəngli "iPhone 5S" smartfonu hər iki cinsin nümayəndələri tərəfindən sevilir.

Ekspertlər, həmçinin müştərilərin "iPhone 5S" smartfonunun büdcəyə uyğun versiyası haqqında da fikirlərini öyrəniblər. Kişilər ağ və ya mavi, qadınlar isə çəhrayı modellərə üstünlük verir.

Həm kişi, həm də qadınlar arasında mavi rəngli "iPhone 5S" (27%) smartfonu daha populyardır. Sonrakı yerlərdə ağ (25%), yaşıl (21%) və çəhrayı (20%) rəngli model üstünlük təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL