waplog

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi yeni üzvlərin qəbuluna başlayır


İnformasiya texnologiyalarından daha effektiv istifadə edilməsi, gənclərin müxtəlif diskussiya, seminar və müsabiqələrdə, eyni zamanda bir-birindən maraqlı layihələrdə iştirakının təmin olunması məqsədilə yaradılmış “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi yeni üzvlərin qəbulunu elan edir.

“İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, müasir informasiya resurslarından daha səmərəli istifadə etmək, İT sahəsində yeni bilik və bacarıqlar qazanmaq istəyənlər ölkənin ən böyük gənclər təşkilatının İT komandasında təmsil oluna bilərlər.

Qeyd edək ki, komandaya qoşulmaq istəyənlər noyabrın 8-dək “ireli.az” saytında elektron ərizə formasını doldurmalıdır.

Məlumat üçün bildirək ki, “İRƏLİ” İctimai Birliyi hər zaman informasiya texnologiyaları sahəsinə xüsusi önəm verib və indiyə kimi bu sahə ilə bağlı  “İnformasiya Texnologiyaları Akademiyası”, “WeBlog”, "Mənim Qarabağım - Mənim Azərbaycanım", “Brand Wars”, “WeTweet”, “Apple Days”, “Sosial Media Akademiyası”  və onlarla digər layihələr həyata keçirib və Milli internet mükafatı, “Netty” müsabiqələrinin qalibi olub.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL