waplog

Mobil telefon istehsalçılarının “Top-10”-u


Onluğa 2 Çin şirkəti də daxil edilib. “Motorola” və “Sony Ericsson” müvafiq olaraq 8 və 10-cu yerdə yerləşiblər. “Nokia” hələ ki liderdir, lakin onun “Symbian” platformasının mövqeyi son illər ərzində əhəmiyyətli dərəcədə zəifləyib. Mobil telefon satışları, smartfonlar da daxil olmaqla 2011-ci ilin 2-ci rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 16.5% (428.7 milyon) olub. Həmin vaxtda yalnız smartfon satışları 74.4% (107.7 milyon) olub.
“İDC”-dən fərqli olaraq, “Gartner” analitikləri siyahını 5 deyil, 10 ən böyük mobil telefon istehsalçısından təşkil edib. Siyahıya əsasən, məsələn, “Motorola” və “Sony Ericsson” şirkətlərinin paylarının azaldığını bilmək olur. Bir il ərzində hər iki şirkətin payları azalıb, “Sony Ericsson” şirkətində azalma satışların azalması hesabına daha çox olub. Hal-hazırda “Motorola” şirkəti 2.4% bazar payı ilə 8-ci yerdə qərarlaşıb. “Sony Ericsson” isə 1,7% ilə 10-cu yerdə yerləşib. İlk beşlik “İDC” versiyası ilə uyğun gəlir. “Top-10”-a 2 Çin şirkəti – “ZTE” və “Huawei Device” daxil edilib. Sonuncu “Huawei Technologies”-in bölməsidir. Kanadanın “Research İn Motion” şirkəti 6-cı yerdə yerləşib. Onun payı satışların artmasına baxmayaraq azalıb. Smartfon seqmentində ən məşhur platforma 43.4%-la “Android” sayılır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL