waplog

Azərbaycan “Açıq hökumət və məlumat bazalarının təhlükəsizliyi” mövzusunda keçirilən seminarda təmsil olunub



Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Dövlət İdarəetmə İslahatları Panelinin təşkilatçılığı ilə Estoniyanın paytaxtı Tallində və Finlandiyanın paytaxtı Helsinkidə “Açıq hökumət və məlumat bazalarının təhlükəsizliyi” mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə,  seminarda adıçəkilən qurumun  Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Fuad Mayılov və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Ulduzə Xəlilova iştirak ediblər. Tədbirə Azərbaycanla yanaşı, Ukrayna, Moldova, Belarus, Gürcüstan və digər ölkələrin nümayəndələri də qatılıblar.


Tədbirin Tallin şəhərində keçirilən hissəsində Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi və Estoniya Elektron Hökumət Akademiyası tərəfindən hazırlanmış “Şərq tərəfdaşlığı ölkələrində Açıq hökumət və məlumat bazalarının təhlükəsizliyinə dair” Müqayisəli Təhlil Sənədinin müzakirəsi aparılıb və Estoniyada elektron xidmətlərin göstərilməsi üzrə Demo Mərkəzdə elektron xidmətlər barədə təqdimat edilib.
Finlandiyanın “elektron hökumət” və məlumat bazalarının təhlükəsizliyinə dair təqdimatlar isə tədbirin Helsinkidə keçirilən hissəsində edilib.

Tədbir zamanı müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların Azərbaycanla bağlı verdiyi suallar cavablandırılıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL