waplog

“Azərbaycanda dövlət qulluğuna qəbul sahəsində İT-nin tətbiqi”nə dair təqdimat edilib



Cari ilin 28-30 oktyabr tarixlərində Dövlət Qulluğu sahəsində Regional Xabın təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində "Dövlət qulluğunun təkmilləşdirilməsinin aktual problemləri" mövzusunda seminar-təlim keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, adıçəkilən komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin böyük məsləhətçiləri Rauf Əliyev və Seymur Alıyev seminarda iştirak  edib. Tədbirə ümumilikdə 16 ölkənin dövlət qulluğu sahəsi üzrə nümayəndələri qatılıb.

 Seminarda "Dövlət qulluğunda aktual problemlər və innovasiyalar", "Milli şirkətlərdə işçilərin qiymətləndirilməsi", "Dövlət qulluğu sistemində ictimai hesabatlılıq və antikorrupsiya siyasəti" və "Dövlət qulluğunun effektivliyinin və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzularında təqdimatlar edilib. Seminarda komissiyanın əməkdaşı Rauf Əliyev "Azərbaycan Respublikasında dövlət qulluğuna qəbul sahəsində informasiya texnologiyalarının tətbiqi" mövzusunda təqdimatla çıxış edib.

 Qeyd edək ki, Dövlət Qulluğu sahəsində Regional Xabın yaradılmasında məqsəd iştirakçı dövlətlər arasında dövlət qulluğu sahəsində kəsilməz bilik və təcrübə mübadiləsini həyata keçirən institusional şəbəkənin qurulmasıdır. Xabın yaradılması təşəbbüsü Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən irəli sürülüb və 2013-cü il martın 15-də iştirakçı dövlətlər (o cümlədən Azərbaycan Respublikası) tərəfindən imzalanmış Memorandumla təsis edilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL