waplog

“Samsung” 2014-cü ildə 360 milyon mobil telefon satmağı planlaşdırır



2014-cü ilin yekunları üzrə Cənubi Koreyanın "Samsung Electronics” şirkəti 360 milyon mobil telefon satmağı planlaşdırır ki, bu da bir il əvvəl qeydə alınan göstəricidən 20 faiz çoxdur. “Galaxy S4”, “Galaxy Note” və digər bahalı smartfon modellərinin payı mobil qurğuların ümumi payının təxminən 35 faizini (126 milyon ədəd) təşkil edəcək. 
Rəsmi məlumatlara görə, “Galaxy S4” modelinin satışına başlandığı 6 ay ərzində dünyada təqribən 40 milyon ədəd bu qurğudan satılıb ki, bunun da təxminən 30 milyon ədədi ilk 4 ayda satılıb. Qeyd etmək lazımdır ki, “Galaxy S3” modelinin 3 milyon ədədinin satılmasına 21 gün,  10 milyonuna isə 50 gün lazım olub.

2013-cü ilin üçüncü rübünü Cənubi Koreya istehsalçısı 8,24 trilyon von məbləğində rekord gəlirlə başa vurub, mədaxil 59 trilyona çatıb. Hesabat dövründə şirkətin mobil bölməsinin rüblük gəliri 6,7 trilyon təşkil edib, halbuki bir il əvvəl bu göstərici 5,36 trilyona bərabər olub.


“Strategy Analitics” şirkətinin analitiklərinin hesablamalarına görə, cari ilin üçüncü rübündə “Samsung” dünyada 120 milyondan çox mobil telefon tədarük edərək ötənilki göstəricisini 17 faiz yaxşılaşdırıb, - "DailyComm www.dailycomm.ru” yazır.  




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL