waplog

Müəssisə və təşkilatlarda 806 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) cari ilin ilk 10 ayında müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə baxış keçirib.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə DRİ-dən məlumat  verilib. DRİ bildirir ki, idarənin Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi  (REVİNŞ) tərəfindən  sözügedən müddətdə iş planına, DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən 698 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV)  texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
 
      Müəssisə və  təşkilatlarda  keçirilən texniki baxış zamanı  806 ədəd  DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 260 ədədi möhürlənib, 34 ədədi istismardan çıxarılıb (silinib), 117 ədədi qeydiyyata salınıb və 395 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
      Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 52 protokol yazılıb və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL