waplog

“Kukla” art qalereyasının saytı təqdim olunacaq


“Kukla” art qalereyasının saytı hazırlanıb. “ICTnews” elektron xəbər xidmətinin Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sabah saat 15:00-da Muzey Mərkəzində art qalereyanın internet saytının təqdimatı keçiriləcək.
 
Cənubi Qafqazda ilk “Kukla” incəsənət qalereyası 2013-cü il aprelin 23-də Azərbaycanda açılıb. “Kukla” art qalereyasının əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. Bu sahədə kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir. Bütün bu tədbirlər kukla sənəti üzrə ustalarımıza öz peşəkarlıqlarını artırmağa, təkmilləşdirməyə və işlərinin dünyanın ən yaxşı sərgi salonlarında layiqincə təqdim olunmasına imkan yaradacaq. Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan “Kukla” art qalereyası, bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhərimizin əhalisi və qonaqları üçün sevimli ziyarət məkanına çevrilməkdədir.
 
Qeyd edək ki, “Kukla” incəsənət qalereyası Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 14, ünvanında yerləşir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL