waplog

“4K” formatlı ekrana malik planşetin nümayiş olunacağı tarix açıqlanıb


Yaponiyanın “Panasonic” şirkəti yüksək təsvir ölçülü “4K” formatlı ekrana (3840х2560 piksel) malik 20 düymlü “Toughpad” planşet kompüterinin nümayiş olunacaq tarixini açıqlayıb. Qiyməti təxminən 6 min dollar təşkil edəcək yeni qurğunun ABŞ-da 2014-cü ilin yanvarında satışa çıxarılması nəzərdə tutulur.   
  
“Toughpad” hələ ilin əvvəlində - yanvarda keçirilən “CES 2013” sərgisində nümayiş olunub. Bu günlərdə “Panasonic” qurğunun ABŞ bazarı üçün nəzərdə tutulan versiyasının yüksək təsvir ölçülü maye-kristal ekran, 8 giqabaytlıq operativ yaddaş, 256 giqabayt tutumlu “SSD” toplayıcı və “HD” formatlı ön kamera ilə təchiz ediləcəyini elan edib.   

Əsasını “Intel Core i5” prosessorunun təşkil etdiyi planşet kompüter "Windows 8.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Qurğu videomontaj, tikinti, dizayn, fotoqrafiya və tibb sahəsində çalışan peşəkarlar üçün nəzərdə tutulan alət kimi qələmə verilir.

Çəkisi 2,5 kq təşkil edən planşet avtonom rejimdə 2 saata yaxın işləyir və onu portativ qurğu adlandırmaq düzgün olmaz. Məhz buna görə “Panasonic” qurğunu daşımaq üçün planşeti monoblok kompüterə çevirən çanta və altlıq almağı təklif edir, - “Vesti www.vesti.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL