waplog

“B&B TV” şirkəti xidmət çeşidini genişləndirmək niyyətindədir


"B&B TV" şirkəti istifadəçilərinə təqdim etdiyi xidmət çeşidini genişləndirmək niyyətindədir.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, artıq istifadəçilərə təkcə televiziya xidmətləri yetərli deyil və xidmət çeşidinin genişləndirilməsinə ehtiyac var.

"Biz "Video on Demand" servisini və internet xidmətlərini təqdim etmək niyyətindəyik. Bu planları həyata keçirmək üçün təkcə "DVB-T2" texnologiyası yetərli deyil. Yaxın zamanda İnternet Servis Provayderlərlə (İSP) danışıqlara başlamaq niyyətindəyik", - deyə şirkətdə bildiriblər.

Xatırladaq ki, "B&B TV" şirkəti 1996-cı ildə təsis olunub və Azərbaycanda ilk dəfə analoq üsulu ilə radio-televiziya kanallarının efir-kabel yayımı xidmətini göstərməyə başlayıb.

2007-ci ilin aprel ayından başlayaraq «B&B TV» Cənubi Qafqazda ilk dəfə rəqəmsal efir-kabel yayımını vətəndaşlara təqdim edib. 

Hazırda «B&B TV» rəqəmsal efir-kabel yayımını Bakı, Sumqayıt və Abşeron yarımadasında həyata keçirir. 

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL