waplog

Azərbaycanda torpaq, su, gübrə, bitki analizlərinin nümunələri avtomatlaşdırılacaq


Azərbaycanda torpaq, su, gübrə, bitki və s. maddələrlə bağlı aparılan analizlərin nümunələri avtomatlaşdırılacaq. Bu məqsədlə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Almaniyanın “Analytik Yena” şirkətinin istehsalı olan “Contr AA-700” markalı atom-absorbsion spektrometr analitik cihazı quraşdırılıb. “Contr AA” (R) innovativ atom-absorbsion spektropmetrik seriyasından olan yüksək təzyiq imkanları və ksenon lampasına malik 190-900 nm spektral diapazonda fasiləsiz spektr verən analitik cihazdır. “Contr AA-700” markalı atom-absorbsion cihazı torpaq, su, gübrə, bitki və s. maddələrdə elementlərin dövri sistemi cədvəlində olan elementlərinin əksəriyyətinin ümumi və mütəhərrik formalarını təyin etməyə imkan verir.
 
Nümunələrin avtomatlaşdırılması üçün alov və qrafit sobasından istifadə edilir. Çətin buxarlanan komponentlər üçün hidridlərin generasiyasının müxtəlif rejimlərində hidrid əlavəsi qoyulur. Bundan basqa, “Analytik Yena” istehsalı olan atom-absorbsion spektrometrlərdə elektrik rejimli avtomatlaşdırmada bərk nümunələrin (ilkin nümunə hazırlığı aparılmadan) xüsusi dozatorların köməyi ilə analizi də aparılır.
 
 
İnstitutdan qeyd edilib ki, müasir tələblərə cavab verən cihazın iş prinsipi, analizlərin aparılması metodikası və onunla davranış qaydaları barədə 5 gün müddətində treninq də keçirilib. Treninqdə iştirak edən Almaniyanın “Analitik Yena” şirkətinin nümayəndəsi İsmayıl Sel, həmin şirkətin Azərbaycan nümayəndəliyindən “Azekolab” MMC-nin rəhbəri Mustafa Muradov, əməkdaşları Əli Əliyev və Aybəniz Süleymanova institut əməkdaşlarına müvafiq məsləhət və tövsiyələr veriblər.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL