waplog

Azərbaycanda “ASAN Parkinq” innovasiya mobil parketmə sistemi tətbiq ediləcək


Azərbaycanda fəaliyyət göstərən “BEST Solutions” şirkəti ölkədə “ASAN Parkinq” innovasiya mobil parketmə sisteminin tətbiqi layihəsi üzərində işləyir.

Şirkətin təsisçisi Yana Krimpenin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sistem özünü artıq ABŞ, Rusiya və digər ölkələrdə doğruldub.

“Azərbaycanda “ASAN Parking” adlanan bu layihə hazırda formalaşma mərhələsindədir. İstənilən halda bu layihənin reallaşmasına gələn ildən etibarən başlanıla bilər. 

"ASAN Parking" həlli “ASAN İnnovasiya” mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışı zamanı təqdim olunmuşdur. Layihənin dövlət tərəfindən həyata keçiriləcəyi gözlənilir və onun maliyyələşmə mexanizminin müəyyən edilməsi gələcəyin işidir”, - deyə o bildirib.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL