waplog

Pentaqon “BlackBerry” smartfonlarından imtina edəcək



Sərəncamında 470 mindən çox “BlackBerry” smartfon modeli olan ABŞ Müdafiə Nazirliyi gələcəkdə bu qurğulardan istifadə etməməyi planlaşdırır. Belə ki, Kanada şirkətində yaranan böhranlı vəziyyətlə əlaqədar olaraq Pentaqon “Apple iPhone”, “iPad”, eləcə də “Samsung” şirkətinin “Galaxy” smartfon və planşet kompüterləri kimi qurğuların şəxsi əlavələr mağazasını və mühafizə sistemini inkişaf etdirməyi düşünür.
Əvvəllər ABŞ Müdafiə Nazirliyi əməkdaşlarına “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulardan, “iPhone” smartfon modelindən və ya istənilən digər qurğulardan istifadəyə icazə verməyib. Onların yalnız “BlackBerry 10” əməliyyat sistemli aparatlardan və istehlak bazarında uğursuzluq qazanan “Playbook” planşetlərindən istifadə etmək hüququ olub.

Son iki ay ərzində “Apple” şirkətinin üzləşdiyi böhran fonunda Pentaqon baxışını dəyişib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ayrı-ayrı şirkətlərin istehsalı olan müxtəlif qurğulardan istifadəni nəzərdə tutan yeni yanaşma tərzi fəaliyyətimizə bir tədarükçünün təsirini minimuma endirir.  

Beş il əvvəl ABŞ və Avropada böyük tələbatın olduğu "BlackBerry” qurğuları bazarda "iPhone” və “Android” sistemli smartfonlar tərəfindən tam sıxışdırılıb. Qurğunun yüksək təhlükəsizlik səviyyəsinə önəm verən korporativ müştərilər və dövlət qulluqçuları hələ də ondan istifadə etməyi üstün tuturlar. Lakin Pentaqon “BlackBerry”dən istifadədən imtina etdiyini faktiki olaraq bəyan edib və nazirlikdən sonra digər təşkilatlar da bu addımı ata bilər, - “Vesti www.vesti.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL