waplog

Banqkoqda “ITU Telecom World 2013” konfransı keçirilir


Cari ilin 19-22 noyabr tarixlərində Taylandın Banqkok şəhərində informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu “ITU Telecom World 2013” sərgi-konfransı keçiriləcək. Qlobal telekommunukasiya və informasiya texnologiyalarına həsr olunmuş konfransda ölkəmiz rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
 
 İKT sahəsinə aid milli nailiyyətlərin nümayiş olunduğu tədbirdə Azərbaycandan 22 İT şirkəti, o cümlədən özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri iştirak edirlər.
 
Sərgidə Azərbaycanın milli pavilyonu üçün ayrılmış 156 kvadratmetrlik sahədə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, o cümlədən “Azerspace”, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), “Elektron hökumət” həlləri, “Dilmanc” layihəsi, nanotexnologiyalar, rəqəmli televiziya, son mobil texnologiyalar olan “3G” və “4G” xidmətləri, eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində ən son elmi nailiyyətlər nümayiş etdirilir.
 
Konfrans çərçivəsində “Azərbaycan gecəsi”nin keçirilməsi, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrin təqdimatları da təşkil olunacaq. Tədbir çərçivəsində qabaqcıl İT korporasiya və şirkət liderləri, eyni zamanda müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL